440-
1.1. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə “ Daşınar əmlakın yüklülüyü haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir. 440-
1.2. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə - vəzifəli şəxslər min manat məbləğində cərimə edilir. 440-
1.3. “ Daşınar əmlakın yüklülüyü haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə - vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir.