45.1. Törədilmiş inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotu, sistemləşdirilməsi, saxlanılması, habelə inzibati xətalar haqqında işlərə baxılması ilə əlaqədar proseslərin həyata keçirilməsi məqsədilə inzibati xətalar haqqında işlərə baxmağa və inzibati xətalar haqqında protokol tərtib etməyə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xətalar haqqında işlər barədə elektron informasiya sistemlərini (ehtiyatlarını) (bu Məcəllənin Ümumi hissəsinin məqsədləri üçün bundan sonra – informasiya sistemi) yaradırlar və həmin informasiya sistemlərinin fəaliyyətini təmin edirlər.
45.2. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) baxdıqları inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar barəsində aşağıdakı məlumatların 24 saat müddətində (bu Məcəllənin 45.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla) informasiya sisteminə daxil edilməsini təmin etməlidirlər:
45.2.1. inzibati xəta törətmiş şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları);
45.2.2. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;
45.2.3. inzi Maddə 45. İnzibati xətalar haqqında işlər … ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları);
45.2.2. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;
45.2.3. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;
45.2.4. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər;
45.2.5. inzibati xəta haqqında işin baxılması tarixi və yeri;
45.2.6. inzibati xəta haqqında iş üzrə qərarı çıxarmış vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;
45.2.7. inzibati xəta haqqında iş üzrə qərarın tarixi və nömrəsi;
45.2.8. tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat;
45.2.9. tətbiq edilmiş inzibati tənbehin icrası barədə məlumat;
45.2.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar.
45.3. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında işə baxarkən nömrələnmiş blanklarda tərtib edilən qərardadlar barədə bu Məcəllənin 118.1-ci maddəsində nəzərdə tutulan məlumatların 24 saat müddətində (bu Məcəllənin 45.6-cı maddəsində nəzərdə tutulan hal istisna olmaqla) informasiya sisteminə daxil edilməsini təmin etməlidirlər.
45.4. İnzibati xəta haqqında protokol tərtib etməyə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) nömrələnmiş blanklarda tərtib edilmiş inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 100.5-ci maddəsində nəzərdə tutulan məlumatların həmin protokol baxılması üçün göndərilməzdən əvvəl, la Maddə 45. İnzibati xətalar haqqında işlər … ti xəta haqqında protokol barədə bu Məcəllənin 100.5-ci maddəsində nəzərdə tutulan məlumatların həmin protokol baxılması üçün göndərilməzdən əvvəl, lakin hər bir halda tərtib olunduğu vaxtdan 24 saatdan gec olmayaraq (bu Məcəllənin 45.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla) informasiya sisteminə daxil edilməsini təmin etməlidirlər.
45.5. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında protokol tərtib etdikləri iş üzrə məhkəmə tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə qərarla bağlı məlumatların bu Məcəllənin 117.3-cü maddəsində nəzərdə tutulmuş qaydada informasiya sisteminə daxil edilməsini təmin etməlidirlər.
45.6. Bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq bort-kompüter vasitəsilə tərtib edilmiş protokol və qərar, habelə informasiya sistemləri vasitəsilə tərtib edilmiş protokol və qərar (qərardad) bu Məcəllənin 45-2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada çap edildikdən dərhal sonra səlahiyyətli orqanın informasiya sistemində yerləşdirilir.
45.7. Səlahiyyətli orqanların informasiya sistemlərində tərtib olunmuş inzibati xəta haqqında elektron protokollar və inzibati xəta haqqında iş üzrə elektron qərarlar bu Məcəllənin 45-2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təsdiq olunduqdan dərhal sonra həmin orqanın informasiya sistemində yerləşdirilir.