QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 45-1

Maddə 45-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

45-

1.1. İnzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemi (bundan sonra – “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi) vasitəsilə həyata keçirilir. 45-

1.2. İnzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların), o cümlədən elektron protokol və elektron qərarların unikal nömrə verilməklə izlənilməsinin təmin edilməsi üçün həmin sənədlər barədə məlumatlar bu Məcəllənin 45-2-ci maddəsində nəzərdə tutulmuş qaydada “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi nə ötürülür. 45-

1.3. Cərimə növündə inzibati tənbeh tətbiq etməni nəzərdə tutan inzibati xəta haqqında iş üzrə qərarlara, o cümlədən elektron qərarlara “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi Maddə 45-1. Müvafiq icra hakimiyyəti orqanının … ə tutan inzibati xəta haqqında iş üzrə qərarlara, o cümlədən elektron qərarlara “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi vasitəsilə unikal nömrə verilmədən həmin qərarların icra olunması (o cümlədən dəbbə pulunun hesablanması) tələb edilə bilməz. 45-

1.4. “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi nin saxlanılması, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə bu Məcəlləyə əsasən tətbiq edilən cərimələrdən dövlət büdcəsinə daxil olan vəsaitin 5 faizi həmin orqanın xəzinə hesabına köçürülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver