maneçilik törədilməsi Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarətindən keçirilməli olan mallar və nəqliyyat vasitələrinin, həmçinin gömrük nəzarətinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin olduğu, yaxud olması ehtimal olunan ərazilərə və tikililərə, müvəqqəti saxlanc və gömrük anbarlarına, sərbəst zonalarda yerləşən ərazilərə və tikililərə, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə qanunla müəyyən edilmiş qaydada daxil olmasına və baxış keçirməsinə sahibkar olmayan subyekt tərəfindən maneçilik törədilməsinə görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli manat məbləğində cərimə edilir.
Maddə 494. Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarəti və baxışının keçirilməsi üçün əraziyə və binalara daxil olmasına
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver