QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 495

Maddə 495. Müvafiq icra hakimiyyəti orqanına mallarla bağlı hesabatın təqdim edilməməsi və ya onların uçotunun aparılması qaydalarının pozulması

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Gömrük nəzarəti altında olan, yaxud sərbəst zonaların ərazilərinə, müvəqqəti saxlanc və gömrük anbarlarına gətirilən, aparılan, saxlanılan, emal olunan, hazırlanan, alınan və satılan mallar barədə gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanına hesabat verilməməsinə, yanlış hesabat verilməsinə və ya həmin malların uçotunun aparılması qaydasının pozulmasına görə - xəbərdarlıq edilir və ya yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver