549.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
549.2. Bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsinə görə – vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.