QanunvericilikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi › Maddə 550

Maddə 550. Feldyeger rabitəsi haqqında qanunvericiliyin pozulması

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

550.1. “ Feldyeger rabitəsi haqqında ” Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsində göstərilməyən korrespondensiyaların müvafiq ünvanlara çatdırılmaq üçün feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təhvil verilməsinə görə - vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

550.2. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına korrespondensiyaların və digər göndərişlərin operativ və təhlükəsiz çatdırılmasında kömək göstərilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

550.3. “ Feldyeger rabitəsi haqqında ” Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsində göstərilən korrespondensiyaların və digər göndərişlərin toxunulmazlığının pozulmasına, yəni açılmasına, yoxlanılmasına və ya həbs edilməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

550.4. Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan onun operativ nəqliyyat vasitələrindən istifadə edilməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

550.5. Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması qaydalarının pozulmasına görə - vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manata Maddə 550. Feldyeger rabitəsi haqqında qanunvericiliyin pozulması … ər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması qaydalarının pozulmasına görə - vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver