Qanunvericilik › İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. İtirilmiş və ya korlanmış ipoteka kağızı üzrə hüquqların bərpası

İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. İtirilmiş, yaxud lazımi qaydada saxlanılmaması nəticəsində və ya digər səbəbdən korlanmış ipoteka kağızı üzrə hüquqlar ipoteka kağızının mülkiyyətçisinin ərizəsi əsasında ipoteka kağızı qeydə alınmış dövlət reyestrində saxlanılan ipoteka kağızının surətinə uyğun olaraq itirilmiş (korlanmış) ipoteka kağızının dublikatı verilməklə bərpa edilir. Dublikatın üzərində “dublikat” sözü qeyd edilməli, qeydiyyat orqanının səlahiyyətli şəxsi tərəfindən imzalanmalı, möhürlə təsdiq edilərək ipoteka kağızının mülkiyyətçisinə verilməli və reyestrdə müvafiq qeydlər aparılmalıdır.

22.2. İpoteka kağızının dublikatı itirilmiş (korlanmış) ipoteka kağızına tam uyğun olmalıdır. Əks halda meydana çıxan uyğunsuzluqla əlaqədar yaranan zərərə görə ipoteka kağızının dublikatını vermiş dövlət qeydiyyatı orqanı məsuliyyət daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver