Qanunvericilik › İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 48

Maddə 48. İpotekaya xitam verilməsi

İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir:

48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;

48.1.2. əsas öhdəliyə xitam verildikdə;

48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə;

48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;

48.1.3-1. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunduqda;

48.1.3-2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ipoteka saxlayan təkrar elektron hərracda satılmayan ipoteka predmetini əldə etmək təklifini qəbul etməkdən imtina etdikdə;

48.1.4. ipoteka predmeti məhv olduqda;

48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

48.2. Bu Qanunun 48.1.1–48.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver