Qanunvericilik › İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 49

Maddə 49. İpoteka predmeti ola bilən torpaq sahələri

İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

49.1. Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər.

49.2. Yaşayış məntəqələrində ümumi istifadədə olan torpaqlar, habelə torpaq qanunvericiliyinə uyğun olaraq ipotekasına yol verilməyən digər sahələr istisna olmaqla, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri ipoteka predmeti ola bilər.

49.3. Kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq bu kateqoriya torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver