Qanunvericilikİşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Sığorta vəsaitləri hesabına maliyyələşdirilən tədbirlər

İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.0. Sığorta vəsaitləri hesabına maliyyələşdirilən tədbirlər aşağıdakılardır:

19.0.1. bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan sığorta ödənişləri;

19.0.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün aşağıda nəzərdə tutulan aktiv məşğulluq tədbirləri:

19.0.2.1. peşə hazırlığının təşkili;

19.0.2.2. peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi;

19.0.2.3. haqqı ödənilən ictimai işlərin təşkili;

19.0.2.4. əmək yarmarkalarının və əmək birjalarının təşkili;

19.0.2.5. özünüməşğulluğa kömək göstərilməsi;

19.0.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilməsi;

19.0.2.7. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi;

19.0.2.8. qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri;

19.0.3. müvafiq icra hakimiyyəti orqanının təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə (peşə kurslarına) göndərilməsi ilə əlaqədar çəkdiyi xərcləri Maddə 19. Sığorta vəsaitləri … və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə (peşə kurslarına) göndərilməsi ilə əlaqədar çəkdiyi xərclərin (taksi xərcləri istisna olmaqla) kompensasiya edilməsi;

19.0.4. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş təqaüdlər;

19.0.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılma xərcləri.

19.0.6. Aktiv məşğulluq tədbirləri “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver