Qanunvericilikİşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Sığorta vəsaitləri

İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Sığorta vəsaitləri hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu olan işsizlikdən sığorta fondunda cəmləşdirilir və bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş tədbirlərin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilir.

20.2. Bu Qanunun 20.1-ci maddəsində nəzərdə tutulan işsizlikdən sığorta fondunun büdcəsi hər il üçün qanunla təsdiq olunur (bu Qanunun 20.3-cü maddəsində nəzərdə tutulan fəaliyyət istisna olmaqla).

20.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) işsizlikdən sığorta fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.

20.4. İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver