4.0. İşsizlikdən sığortanın əsas prinsipləri aşağıdakılardır:
4.0.1. işsizlikdən sığortanın məcburiliyi;
4.0.2. işsizlikdən sığortanın subyektlərinin hüquq bərabərliyi;
4.0.3. sığorta hadisələrinə səbəb olan halların yaranmaması üçün tədbirlərin görülməsi;
4.0.4. bu Qanunla müəyyən olunmuş qaydada işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatı;
4.0.5. işsizliyin davamlılığından asılı olaraq sığorta ödənişinin məbləğinin diferensiallaşdırılması;
4.0.6. işsizlikdən sığortanın idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması. 2-ci fəsil İŞSİZLİKDƏN SIĞORTANIN SUBYEKTLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ