5.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır:
5.1.1. işsizlikdən sığorta etməyi sığortaedəndən tələb etmək;
5.1.2. sığortaedəndən və sığortaçıdan işsizlikdən sığorta ilə bağlı ödənişsiz məlumat, habelə məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədilə peşəyönümünə, peşə hazırlığına və əlavə təhsilə dair pulsuz məsləhət almaq;
5.1.3. sığortaçıdan işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;
5.1.4. bu Qanunla müəyyən olunmuş qaydada və şərtlərlə sığorta ödənişi almaq;
5.1.5. əmək bazarında həyata keçirilən aktiv məşğulluq tədbirlərdə iştirak etmək;
5.1.6. müvafiq icra hakimiyyəti orqanının təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə (peşə kurslarına) göndərilməsi ilə əlaqədar çəkdiyi xərclərin (taksi xərcləri istisna olmaqla) kompensasiyasını almaq;
5.1.7. sığortaedəndən və sığortaçıdan onun xeyrinə ödənilmiş sığorta haqqının məbləği və ödənilib-ödənilməməsi barədə məlumat almaq;
5.1.8. öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;
5.1.9. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.
5.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır:
5.2.1. sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək; 5.2.1-1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Maddə 5. Sığortaolunanın hüquq və … barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək; 5.2.1-1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiq etmək, yerinə yetirmək və icrası barədə hesabat vermək;
5.2.2. qanunla müəyyən olunmuş qaydada işə bərpa olunduqda məcburi işburaxma dövrü üçün ödənilmiş əməkhaqqından sığorta ödənişini qaytarmaq;
5.2.3. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.