7.1. Sığortaçının aşağıdakı hüquqları vardır:
7.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) işsizlikdən sığorta haqqı üzrə məlumat və hesabatlar almaq;
7.1.2. sığortaedənə işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;
7.1.3. işsizlikdən sığorta haqqı üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; 7.1.3-1. sığortaedənlər tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;
7.1.4. məhkəmədə özünün qanuni hüquqlarını və mənafelərini müdafiə etmək;
7.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.
7.2. Sığortaçının vəzifələri aşağıdakılardır:
7.2.1. işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatı üçün tədbirlər görmək;
7.2.2. sığorta ödənişinin vaxtında ödənilməsini təmin etmək;
7.2.3. sığortaolunanlara və sığortaedənlərə işsizlikdən sığorta ilə bağlı ödənişsiz məlumat vermək;
7.2.4. məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədilə sığortaolunanlara peşəyönümünə, peşə hazırlığına və əlavə təhsilə dair pulsuz məsləhət vermək;
7.2.5. işsizlikdən sığorta vəsaitlərinin bu Qanunla müəyyən edilmiş məqsədlər üçün və təyinatı üzrə istifadəsini təmin etmək;
7.2.6. işsizlikdən sığorta vəsaitlərini idarə etmək;
7.2.7. bu Qan Maddə 7. Sığortaçının hüquq və … u Qanunla müəyyən edilmiş məqsədlər üçün və təyinatı üzrə istifadəsini təmin etmək;
7.2.6. işsizlikdən sığorta vəsaitlərini idarə etmək;
7.2.7. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək;
7.2.8. bu Qanunun 19-cu maddəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək;
7.2.9. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.