Qanunvericilikİşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Sığortaedənin hüquq və vəzifələri

İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Sığortaedənin aşağıdakı hüquqları vardır:

6.1.1. özünün, habelə sığortaolunanın qanuni mənafelərini müdafiə etmək;

6.1.2. sığortaçıdan işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

6.1.3. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

6.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır:

6.2.2. işçilərini işsizlikdən sığorta etdirmək;

6.2.3. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək;

6.2.4. kollektiv müqavilələrdə, sazişlərdə və əmək müqavilələrində işsizlikdən sığorta ilə bağlı nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək;

6.2.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat vermək;

6.2.6. sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya (elektron və ya kağız daşıyıcıda) təqdim etmək;

6.2.8. sığorta hadisəsi baş verdikdə sığortaçıdan sığorta ödənişinin verilməsini tələb etmək;

6.2.9. sığortaolunanlara onların hüquq və vəzifələrini, habelə işsizlikdən sığortanın şərtlərini və qaydalarını izah etmək;

6.2.10. əməkhaqqı fondundan və sığortaolunanın əməkhaqqından bu Qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək;

6.2.11. sığorta haqqının hesablanmasını və uçotunu aparm Maddə 6. Sığortaedənin hüquq və … məkhaqqından bu Qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək;

6.2.11. sığorta haqqının hesablanmasını və uçotunu aparmaq, bu barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortaedən Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə ləğv edildikdə, yaxud sığortaedənin fəaliyyətinə xitam verildikdə isə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün bu Qanunla müəyyən edilmiş müddətdən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək, habelə sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanmasını təmin etmək;

6.2.12. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver