Qanunvericilik › İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Sığorta olunanın hüquq və vəzifələri

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Sığorta olunanın aşağıdakı hüquqları vardır:

6.1.1. istehsalatdan ayrılmadan və ya istehsalatdan ayrılmaqla, təhlükəsiz əmək metodlarına, əməyin mühafizəsi qaydalarına və təlimatlarına dair ödənişsiz təlim keçmək;

6.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sığortalının hesabına ilkin və vaxtaşırı icbari tibbi müayinələrdən keçmək;

6.1.3. sığortalıdan və sığortaçıdan icbari sığorta ilə bağlı hüquqları və vəzifələri barədə ödənişsiz məlumat almaq;

6.1.4. bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək;

6.1.4-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

6.2. Sığorta olunanın aşağıdakı vəzifələri vardır:

6.2.1. əməyin mühafizəsi qaydalarına və əməyin mühafizəsinə dair təlimatlara riayət etmək;

6.2.2. əmək müqaviləsində və ya mülki-hüquqi müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmək;

6.2.3. icbari sığorta müqaviləsində göstərilmiş məlumatların dəyişməsi haqqında, belə halların yarandığı tarixdən 10 iş günündən gec olmayaraq sığortalıya məlumat vermək;

6.2.4. bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

6.2.4-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver