2.1. İstilik təchizatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının istilik təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Ələt Azad İqtisadi Zonasında istilik təchizatı ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.