Qanunvericilik › Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərin hüquqi və sosial müdafiəsi

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə kömək edən şəxslərin hüquqi və sosial müdafiəsi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu və bu qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir.

21.2. Məxfi əsasla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən və ya etmiş şəxslər haqqında məlumatlar dövlət sirri təşkil edir və onların açıqlanmasına yalnız bu subyektlərin rəhbərlərinin və göstərilən şəxslərin yazılı razılığı əsasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda yol verilə bilər.

21.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən və ya kömək etmiş şəxslər Azərbaycan Respublikasının vətəndaşı olmadıqda, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər.

21.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə əmək haqqı, mükafat və digər maddi təminatların verilmə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

VI Fəsil

Kəşfİyyat və əks-kəşfİyyat fəalİyyətİnə nəzarət

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver