Qanunvericilik › Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında ictimaiyyətin məlumat almaq hüququ

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında məlumatlar ictimaiyyətə, bir qayda olaraq, bu fəaliyyətin subyektlərinin yaratdığı müvafiq qurumlar vasitəsi ilə çatdırılır.

5.2. Bu qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə nəzərdə tutulmuş hallarda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri fəaliyyətlərinin ayrı-ayrı istiqamətləri ilə bağlı konkret məlumatı vətəndaşlara birbaşa çatdıra bilərlər.

5.3. Dövlət, peşə, kommersiya və istintaq sirri təşkil edən məlumatların açıqlanmasına yol verilmir. Dövlət sirri təşkil edən məlumatların yayılmasına məhdudiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada götürülə bilər.

II Fəsil

Kəşfİyyat və əks-kəşfİyyat fəalİyyətİnİn subyektlərİ, onların səlahİyyətlərİ və əlaqələrİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver