Qanunvericilik › Kommersiya sirri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Xidməti tapşırığın yerinə yetirilməsindən yaranan “nou-hau”ya mülkiyyət hüquqları

Kommersiya sirri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Xidməti tapşırığın yerinə yetirilməsindən yaranan “nou-hau”ya mülkiyyət hüququ işəgötürənlə işçi (“nou-hau”nun müəllifi) arasında bağlanan müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, işəgötürənə məxsusdur.

14.2. İşəgötürən “nou-hau”dan istehsalatında istifadə edərkən işçiyə (“nou-hau”-nun müəllifinə) mükafat verir.

14.2.1. Mükafatın ödənilməsi qaydası və məbləği işçi ilə işəgötürən arasında bağlanan müqavilə ilə tənzimlənir.

14.3. işəgötürən işçi ilə əmək müqaviləsi bağlananadək işçiyə məxsus olan “nou-hau”ya mülkiyyət hüququnu əldə etmir.

14.3.1. Bu halda “nou-hau”ya mülkiyyət hüququnun əldə edilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver