15.1. Elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloji işlərin yerinə yetirilməsi müqavilələrində başqa hallar nəzərdə tutulmadıqda və müqavilə üzrə sifarişçi dövlət hakimiyyəti və yerli (bələdiyyə) orqanı olmadıqda:
15.1.1. mülki-hüquq müqaviləsinin həyata keçirilməsindən yaranan “nou-hau”ya mülkiyyət hüququ sifarişçiyə məxsusdur;
15.1.2. icraçı müqavilənin yerinə yetirilməsindən əldə edilən “nou-hau”dan istehsalatında istifadə etmək hüququna malikdir;
15.1.3. icraçı sifarişçinin yazılı razılığı olmadan göstərilən “nou-hau”nu üçüncü şəxslərə vermək hüququna malik deyil.
15.2. Podrat müqaviləsinin yerinə yetirilməsi zamanı sifarişçi tərəfindən əldə edilən “nou-hau” hüququ müqavilə bağlananadək bu müqavilənin yerinə yetirilməsindən asılı olmayaraq sifarişçi tərəfindən əvəzsiz istifadə hüququnu yaratmır.