Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. İstefada olan Konstitusiya Məhkəməsinin hakimi

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Konstitusiya Məhkəməsi hakiminin səlahiyyət müddəti bitdikdə, yaxud bu Qanunun 23.1.2-ci, 23.1.2-1-ci, 23.1.5-ci və ya 23.1.10-cu maddələrində nəzərdə tutulmuş hallarda səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, o, istefada olan Konstitusiya Məhkəməsinin hakimi sayılır.

24.2. İstefada olan Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini həyata keçirdiyi dövrdə fəaliyyətinə, səsverməyə, söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb edilə bilməz, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb oluna bilməz.

Dördüncü fəsil

Konstİtusİya Məhkəməsİndə həyata keçİrİlən İcraatın prİnsİplərİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver