Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 35

Maddə 35. Sorğu, müraciət və ya şikayətlərə qoşulan sənədlər

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

35.1. Konstitusiya Məhkəməsinə verilən sorğu, müraciət və ya şikayətlərə aşağıdakılar qoşulur:

35.1.1. sorğu verənin, müraciət edənin və ya ərizəçinin qənaətinə görə işin hallarının aydınlaşdırılması üçün lazım olan izahatlar və sənədlər;

35.1.2. nümayəndəliyin vəzifə kimi həyata keçirilməsi halları istisna olmaqla nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd, habelə şəxsin Konstitusiya Məhkəməsində nümayəndə kimi çıxış etmək hüququnu təsdiq edən sənədlərin surətləri;

35.1.3. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktının, yaxud sorğu və ya müraciətlə əlaqədar şərh edilməsi xahiş olunan normativ hüquqi aktın surəti;

35.1.4. başqa dildə verilmiş bütün sənədlərin və digər materialların Azərbaycan dilinə tərcüməsi.

35.2. Sorğu və ya müraciətə həmçinin onları təqdim edən kollegial orqanın iclasında yetərsayın olması və həmin sorğu və ya müraciətin lazımi səs çoxluğu ilə qəbul olunmasını təsdiq edən sənədlər qoşulur.

35.3. Şikayətə həmçinin məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsini və ya məhkəməyə müraciət etmək hüququnun pozulmasını təsdiq edən sənədlər qoşulur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver