Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 46

Maddə 46. Hakimə etiraz və özü-özünə etiraz

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

46.1. Aşağıdakı hallarda Konstitusiya Məhkəməsinin hakimi işə baxılmasında iştirak edə bilməz və ya ona etiraz edilə bilər:

46.1.1. o, əvvəllər öz qulluq vəzifələrinə görə məsələ üzrə qərar qəbul edilməsində iştirak etdikdə;

46.1.2. o, tərəflərdən biri və ya tərəflərin birinin və ya onun nümayəndəsinin yaxın qohumu olduqda.

46.2. Etiraz əsaslandırılmalıdır.

46.3. Bu qanunun 46.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla Konstitusiya Məhkəməsinin hakiminə etiraz edilərsə, yaxud hakim özü-özünə etiraz edərsə, məhkəmə barəsində etiraz edilən hakimin və digər tərəfin fikirlərini öyrənir, bu məsələni müzakirə edərək etiraz edilmiş və ya özü-özünə etiraz etmiş hakimin iştirakı olmadan qərar qəbul edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver