Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 47

Maddə 47. Məhkəmə iclasının təxirə salınması

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

47.1. Məhkəmə iclası aşağıdakı hallarda təxirə salına bilər:

47.1.1. məsələnin əlavə öyrənilməsinə ehtiyac olduqda;

47.1.2. yeni sübutları tədqiq etmək zərurəti yarandıqda;

47.1.3. yetərsay olmadıqda;

47.1.4. baxılan məsələnin tam araşdırılmasına maneə törədən başqa hallar olduqda.

47.2. Bu qanunun 47.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi iclasının keçiriləcəyi yeni tarixi təyin edir. Baxılması təxirə salınan iş üzrə iclas əvvəldən və ya onun təxirə salındığı andan başlayır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver