Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 48

Maddə 48. İşə baxılmasının təzələnməsi

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

48.1. Tərəflərin və ya maraqlı subyektlərin yekun çıxışlarından sonra Konstitusiya Məhkəməsi iş üzrə xüsusi əhəmiyyət kəsb edən əlavə halların aşkar edilməsinin və ya yeni sübutların tədqiq edilməsinin zəruri olduğunu müəyyən edərsə, işə baxılmasının təzələnməsi haqqında qərardad çıxarır.

48.2. Əlavə tədqiqatların yekunlaşmasından sonra tərəflər və ya maraqlı subyektlər yalnız yeni baxılmış hallar və sübutlarla əlaqədar təkrar yekun çıxışları etmək hüququna malikdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver