Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 55

Maddə 55. Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi haqqında məsələyə baxılmasının xüsusiyyətləri

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

55.1. Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinə görə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək 83 deputatın səlahiyyətləri təsdiq edilməzsə, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtını təyin edir.

55.2. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Milli Məclisinin 83-cü deputatının seçildiyini martın 10-dan sonra təsdiq edərsə, həmin iclasda yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtını da müəyyən etməlidir.

55.3. Bu məsələ haqqında Konstitusiya Məhkəməsinin Plenumunun qərarı hakimlərin azı 5 səs çoxluğu ilə qəbul edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver