Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 56

Maddə 56. Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticələrinin rəsmən elan edilməsinə dair icraatın xüsusiyyətləri

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

56.1. Azərbaycan Respublikası prezidenti seçkilərinin yekunları haqqında məsələyə Konstitusiya Məhkəməsinin Plenumunda baxılır.

56.2. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədləri öyrənir, apellyasiya instansiyası məhkəmələrindən və Azərbaycan Respublikasının Ali Məhkəməsindən seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələr haqqında məlumat tələb edir.

56.3. Konstitusiya Məhkəməsinin Plenumu seçkilərin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sənədlərinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olduğunu müəyyən etdikdə seçkilərin nəticələrinin təsdiq edilməsi barədə qərar qəbul edir.

56.4. Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə Konstitusiya Məhkəməsinin Plenumu seçkilərin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edir.

56.5. Bu qanunun 56.3-cü və 56.4-cü maddələrində nəzərdə tutulmuş qərarlar Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlərin 5 səs çoxluğu ilə qəbul edilir.

56.6. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver