69.1. Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının rəsmi dövlət qəzetində dərc olunur.
69.2. Konstitusiya Məhkəməsi Plenumunun qərarları və Konstitusiya Məhkəməsi tərəfindən dərc edilməsi zəruri sayılan qərardadları, Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı başqa materiallar "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı"nda dərc olunur.
Doqquzuncu fəsil
Konstİtusİya Məhkəməsİnİn fəalİyyətİnİn təşkİlİ və təmİnatları