Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 70

Maddə 70. Konstitusiya Məhkəməsinin fəaliyyətinin maliyyələşdirilməsi

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

70.1. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir. Konstitusiya Məhkəməsinin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.

70.2. Konstitusiya Məhkəməsinin saxlanılması üçün ayrılan illik vəsait məhkəmənin normal fəaliyyət göstərməsinə yönələn zəruri xərcləri özündə birləşdirir.

70.3. Konstitusiya Məhkəməsinin hər növbəti il üçün saxlanılması xərclərinin həcminə dair təkliflər Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsinə daxil edilmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver