13.1. Fərdi investor tərəfindən bir kraudfandinq layihəsi və bir platforma üzrə qoyula bilən investisiyanın maksimum məbləğini Mərkəzi Bank müəyyən edir.
13.2. Mərkəzi Bank kraudfandinq layihələrinin maliyyələşdirilməsi üzrə hədəflənən məbləğlərin peşəkar investorlar tərəfindən təmin edilməsinin minimum həddini müəyyən edir.