14.1. Səhm əsaslı kraudfandinq üzrə layihə sahibi qismində yalnız səhmdar cəmiyyətləri çıxış edə bilər.
14.2. Layihə sahibi platformada səhm əsaslı kraudfandinq üzrə yalnız əlavə səhmlər buraxmaqla nizamnamə kapitalını artıra bilər.
14.3. Layihə sahibi son 12 (on iki) ay ərzində səhm əsaslı kraudfandinq üzrə maksimum 2 (iki) kraudfandinq layihəsini maliyyələşdirə bilər.