Qanunvericilik › Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Lisenziyalaşdırma subyektlərinin və onların vəzifəli şəxslərinin məsuliyyəti

Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. Lisenziyalaşdırma subyektləri və onların vəzifəli şəxsləri bu Qanunun tələblərinin pozulmasına və lisenziyanın (icazənin) sahibinə vurulan zərərə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda aidiyyəti üzrə məsuliyyət daşıyırlar.

28.2. Lisenziyanın (icazənin) sahibi ona dəyən zərərə görə müvafiq lisenziyalaşdırma subyekti tərəfindən kompensasiyanın ödənilməsindən imtinadan inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver