11.0. Lotereya iştirakçısı aşağıdakı hüquqlara malikdir:
11.0.1. lotereyada hüquqlarının və qanuni maraqlarının müdafiəsi məqsədilə şikayətlə səlahiyyətli orqana və ya məhkəməyə müraciət etmək;
11.0.2. lotereyanın şərtlərində nəzərdə tutulduğu halda uduşların ödənilməsi zamanı qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsini lotereya təşkilatçısından tələb etmək;
11.0.3. lotereya barədə bu Qanunla müəyyən edilmiş qaydada məlumat almaq;
11.0.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlara.