7.1. Lotereya biletinin üzərində aşağıdakı məlumatlar əks olunmalıdır:
7.1.1. lotereya təşkilatçısının adı və ya loqosu;
7.1.2. lotereyanın adı və forması;
7.1.3. lotereya biletinin nömrəsi və (və ya) seriyası;
7.1.4. lotereyanın keçirilməsi və ya oynanılması tarixi (ani lotereya istisna olmaqla);
7.1.5. lotereya biletinin və ya bir variantın qiyməti (stimullaşdırıcı lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla);
7.1.5-1. bu Qanunun 7.1-1-ci maddəsində qeyd olunmuş məlumatların əldə oluna biləcəyi mənbə;
7.1-1. Bu Qanunun 7.1-ci maddəsində sadalanan məlumata əlavə olaraq, lotereya haqqında aşağıdakı məlumatlar lotereya təşkilatçısının internet səhifəsində əks olunmalıdır:
7.1-1.1. lotereyanın uduş fondu haqqında məlumat (əgər tətbiq olunursa);
7.1-1.2. lotereyanın uduş fondunun oynanılması və ya uduşun müəyyən edilməsi şərtləri haqqında məlumat;
7.1-1.3. uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərinin lotereya təşkilatçısı tərəfindən qəbul müddəti və uduşların verilməsi (ödənilməsi) qaydaları haqqında məlumat;
7.1-1.4. lotereyanın qeydiyyata alınması haqqında məlumat.
7.5. Tirajlı lotereyanın uduş fondunun oynanılmasında yalnız satılmış lotereya biletləri iştirak edir.
7.6. Lotereya təşkilatçısı satılmamış lotereya biletlərinin (stimullaşdırıcı lotereyada istifadə olunan lotereya biletləri istisna olunmaqla) satıcıdan qəbulunu uduş fondunun oynanılmasınadək başa çatdırmalıdır. Uduş fondunun oynanılmasından sonra təhvil verilməmiş lotereya biletləri satılmış hesab olunur.
7.7. Uduşlu lotereya biletləri barədə məlumat lotereya təşkilatçısının istifadə etdiyi informasiya sistemində 3 (üç) il ərzində saxlanılır.
7.8. Satılmamış və geri qaytarılmış lotereya biletləri lotereya təşkilatçısının yaratdığı müvafiq komissiya tərəfindən məhv edilir.
7.9. Satılmamış lotereya biletlərinin satıcılardan geri alınması və məhv edilməsi qaydaları səlahiyyətli orqan tərəfindən müəyyən olunur.
7.10. Qanunun 7.1-ci, 7.6-cı, 7.8-ci və 7.9-cu maddələrinin tələbləri yalnız sənəd formasında olan lotereya biletlərinə tətbiq olunur. Digər məlumat daşıyıcıları və ya elektron kod formasında olan lotereya biletlərinin istifadə qaydaları və onların rekvizitləri səlahiyyətli orqan tərəfindən müəyyən edilir.