Qanunvericilik › Lotereyalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8-1

Maddə 8-1. Lotereyaların reklamı

Lotereyalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8-1.1. Lotereyaların reklamının sifarişçisi qismində lotereya təşkilatçısı çıxış edir. Reklam lotereya biletlərinin üzərində yerləşdirilə bilər.

8-1.2. Lotereyada udan şəxsin yazılı razılığı olmadan, adı reklamda açıqlana bilməz.

8-1.3. Lotereyaların reklamında aşağıdakılar qadağandır:

8-1.3.1. yetkinlik yaşına çatmayanlara müraciət olunması;

8-1.3.2. lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;

8-1.3.3. lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi;

8-1.3.4. lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.

8-1.4. Lotereyaların reklamı telekommunikasiya, nəqliyyat vasitələrində, mediada, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.

8-1.5. Stimullaşdırıcı lotereyanın reklamında həmin lotereyanın keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir.

8-1.6. Stimullaşdırıcı lotereya biletlərinin sahiblərinə uduş qismində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilər, tütün və tütün məmulatları təklif oluna bilməz.

8-1.7. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin, tütün və tütün məmulatlarının satışını stimullaşdırmaq məqsədi ilə lotereyaların keçirilməsi qadağandır.

8-1.8. Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver