1. Maliyyə-sənaye qrupunun ali idarəetmə orqanı qrupun bütün iştirakçılarının nümayəndələrinin daxil olduğu direktorlar şurasıdır.
2. Maliyyə-sənaye qrupunun iştirakçıları tərəfindən direktorlar şurasının tərkibinə nümayəndənin daxil edilməsi həmin iştirakçıların səlahiyyətli idarəetmə orqanının qərarı ilə həyata keçirilir.
3. Direktorlar şurasının səlahiyyətləri maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə ilə müəyyən edilir.