Qanunvericilik › Maliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Maliyyə-sənaye qrupunun baş şirkəti

Maliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Maliyyə-sənaye qrupunun baş şirkəti qrupun bütün iştirakçıları tərəfindən təsis edilən və onun fəaliyyətini təmin edən müvəkkil hüquqi şəxsdir.

2. Maliyyə-sənaye qrupunun baş şirkəti, bir qayda olaraq, investisiya təsisatı hesab olunur. O, səhmdar cəmiyyəti, assosiasiya, ittifaq formasında yaradıla bilər.

3. Baş şirkətin adı “maliyyə-sənaye qrupunun baş şirkəti” sözbirləşməsindən ibarət olmalıdır. Maliyyə-sənaye qrupunun müvafiq dövlət reyestrinə daxil edilməsi, bu qrupun baş şirkətinin adında həmin sözbirləşməsindən istifadə üçün əsas hesab olunur.

4. Baş şirkətin nizamnaməsi onun fəaliyyətinin məqsəd və vəzifələrini müəyyən etməklə, maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilənin şərtlərinə uyğun olmalıdır.

5. Maliyyə-sənaye qrupunun baş şirkəti bu Qanunla, həmçinin təsis müqaviləsi ilə müəyyənləşdirilən aşağıdakı vəzifələri yerinə yetirir:

maliyyə-sənaye qrupunun yaradılması və fəaliyyəti ilə bağlı münasibətlərdə qrupun bütün iştirakçılarının adından çıxış edir;

maliyyə-sənaye qrupunun müəyyənləşdirilmiş (toplu) balansını tərtib edir, uçotu və hesabatını aparır.

Maliyyə-sənaye qrupunun baş şirkətinin digər vəzifələri onun nizamnaməsi və maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə ilə müəyyən edilir.

IV fəsil

Malİyyə-sənaye qrupunun fəalİyyətİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver