1. Maliyyə ilinin bitdiyi 90 gündən gec olmayaraq, maliyyə-sənaye qrupunun baş şirkəti bütün qrup iştirakçılarına və müvafiq icra hakimiyyəti orqanına qrupun fəaliyyəti haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada hesabatı təqdim edir, həmçinin onu mətbuatda dərc edir.
2. Hesabat auditorlar tərəfindən maliyyə-sənaye qrupunun fəaliyyətinin yoxlanılması nəticələrinə görə tərtib edilir.
3. Auditor yoxlaması maliyyə-sənaye qrupunun baş şirkətinin vəsaiti hesabına aparılır.