Qanunvericilik › Maliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Maliyyə-sənaye qrupunun fəaliyyətinə nəzarət

Maliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Müvafiq icra hakimiyyəti orqanı maliyyə-sənaye qrupunun fəaliyyətinə dair ildə bir dəfə auditor rəyi verilmiş hesabat tələb etmək hüququ vardır.

2. Müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə aparılan yoxlamalar həmin orqanın öz vəsaiti hesabına həyata keçirilir.

3. Maliyyə-sənaye qrupunun illik və ya cari hesabatının nəticələri əsasında müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş sənədlərdə qeyri-dəqiq məlumatlar verilməsini, zəruri sənədlərin təqdim edilməməsini, maliyyə-sənaye qrupunun fəaliyyətinin onun yaradılması haqqında müqaviləyə və təşkilati layihəyə uyğun gəlməməsini, baş şirkətin fəaliyyətinin onun nizamnaməsi ilə ziddiyyət təşkil etməsini, qrup iştirakçılarının onlar üçün nəzərdə tutulmuş hüquqlardan sui-istifadə edilməsini və Azərbaycan Respublikası qanunvericiliyinin pozulması hallarını aşkar etdikdə müvafiq tədbirlər görməlidir. Yol verilən nöqsan və qanun pozuntularının xarakterindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı:

maliyyə-sənaye qrupunda aşkar edilmiş nöqsanların aradan qaldırılmasını tələb edir və bunun üçün vaxt müəyyən edir;

qanun pozuntusuna yol vermiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür.

Müvafiq icra hakimiyyəti orqanı görülən hər bir tədbir barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

4. Müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı uyğun qərar qəbul edir.

VI fəsil

Malİyyə-sənaye qrupunun ləğv edİlməsİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver