1. Maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə aşağıdakıları müəyyən etməlidir:
maliyyə-sənaye qrupunun adını;
müəyyən təşkilati-hüquqi formaya malik olan və maliyyə-sənaye qrupunun işlərini həyata keçirməyə müvəkkil edilmiş hüquqi şəxs kimi qrupun baş şirkətinin təsis edilməsinin qayda və şərtlərini;
maliyyə-sənaye qrupu iştirakçılarının tərkibində dəyişikliklərin edilməsi qaydalarını;
aktivlərin birləşdirilməsinin qayda və şərtlərini;
nizamnamə fondunu və qrup iştirakçılarının hər birinin bu fonddakı payını;
qrup iştirakçılarının birləşməsinin məqsədini;
mənfəətin qrup iştirakçıları arasında bölüşdürülməsi qaydalarını;
qrup işirakçılarının öhdəliklərini və məsuliyyətini;
müqavilənin fəaliyyət müddətini.
2. Maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilənin digər şərtləri qrup iştirakçıları tərəfindən maliyyə-sənaye qrupunun məqsəd və vəzifələrindən asılı olaraq Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə müəyyən edilir.