Qanunvericilik › Maliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Maliyyə-sənaye qrupunun təşkilati layihəsi

Maliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Maliyyə-sənaye qrupunun təşkilati layihəsi — qrupun baş şirkəti tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilən, özündə maliyyə-sənaye qrupunun məqsəd və vəzifələrinə, investisiya layihələri və proqramlarına dair məlumatları birləşdirən və maliyyə-sənaye qrupunun qeydiyyatı haqqında qərarın qəbul edilməsi üçün zəruri sənədlər toplusudur.

2. Maliyyə-sənaye qrupunun təşkilati layihəsinə bu maddənin 1-ci bəndində göstərilən tələblərdən başqa digər tələblər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver