Qanunvericilik › Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Genetik modifikasiya olunmuş bitkilərlə davranma

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Azərbaycan Respublikasında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır.

21.2. Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya uyğun aşkarlanır, bu bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

21.3. Azərbaycan Respublikasına idxal olunan bütün genetik materialların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalması yoxlanılır və genetik modifikasiya olunmuş materialların hərəkətinə qanuna uyğun qaydada icazə verilmir.

21.4. Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi-tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədi ilə Azərbaycan Respublikasına idxalına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yol verilə bilər.

21.5. Bu Qanunun 21-ci maddəsi ilə müəyyən edilən tələblər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində müəyyən edilmiş genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına şamil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver