Qanunvericilik › Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Mədəniyyət sahəsində fəaliyyət istiqamətləri

Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Mədəniyyət sahəsində fəaliyyət istiqamətlərinə aşağıdakılar aiddir:

20.1.1. milli mədəni irsin aşkarlanması, qorunması, təbliği və təşviqi;

20.1.2. maddi və qeyri-maddi mədəni irsin qorunması, təbliği və təşviqi;

20.1.3. tarix və mədəniyyət abidələrinin qorunması, təbliği və təşviqi;

20.1.4. tarixi memarlıq qoruqlarının fəaliyyəti;

20.1.5. təbii irsin qorunması, təbliği və təşviqi;

20.1.6. peşəkar və həvəskar yaradıcılıq fəaliyyəti;

20.1.7. audiovizual əsərlərin yaradılması və yayımlanması;

20.1.8. kinematoqrafiya fəaliyyəti;

20.1.9. teatr-konsert fəaliyyəti;

20.1.10. poliqrafiya, nəşriyyat işi sahəsində fəaliyyət;

20.1.11. kulinariya fəaliyyəti;

20.1.12. mədəni-asudə vaxtın təşkili üzrə fəaliyyət;

20.1.13. estetik tərbiyə sahəsində fəaliyyət;

20.1.14. mədəniyyət və incəsənət sahəsində təhsil və pedaqoji fəaliyyət;

20.1.15. mədəniyyət sahəsində elmi tədqiqat fəaliyyəti;

20.1.16. muzey və qalereya fəaliyyəti;

20.1.17. mədəni maarifçilik və kitabxana fəaliyyəti;

20.1.18. mədəniyyət mərkəzlərinin, klublarının və parklarının fəaliyyəti;

20.1.19. mədəniyyət sahəsinin təşviqi məqsədilə məlumatlandırma fəaliyyəti;

20.1.20. folklor yaradıcılığının təbliği və təşviqi;

20.1.21. qastrolların təşkili fəaliyyəti;

20.1.22. dekorativ-tətbiqi yaradıcılıq fəaliyyəti;

20.1.23. ədəbi yaradıcılıq fəaliyyəti;

20.1.24. maarifləndirmə və təbliğat fəaliyyəti;

20.1.25. televiziya və radio yayımı fəaliyyəti;

20.1.26. sirk fəaliyyəti.

20.2. Azərbaycan Respublikasında mədəniyyət sahəsində fəaliyyət istiqamətləri üzrə münasibətlər “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”, “Nəşriyyat işi haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Media haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

20.3. Mədəniyyət sahəsində fəaliyyət istiqamətlərinin bərabər əsasda inkişafına dövlət tərəfindən şərait yaradılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver