Qanunvericilik › Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Mədəniyyət sahəsində təşkilati fəaliyyət

Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Fiziki şəxslər, hüquqi şəxslər, o cümlədən qeyri-kommersiya qurumları, bu Qanunun 20.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mədəniyyət sahəsində aşağıdakı təşkilati fəaliyyətləri həyata keçirə bilərlər:

21.1.1. Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin təşkili, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkili;

21.1.2. uşaqların, gənclərin estetik, etik və mənəvi tərbiyələndirilməsi məqsədilə seminar, tədris, dəyirmi masa və digər aidiyyəti tədbirlərin təşkili;

21.1.3. əhalinin milli və dünya mədəniyyət nailiyyətlərindən bəhrələnməsini asanlaşdıran tədbirlərin təşkili;

21.1.4. mədəniyyət sahəsində istedadların müəyyən edilməsi, onların yaradıcılığının inkişaf etdirilməsi ilə bağlı tədbirlərin təşkili;

21.1.5. yaradıcı şəxslərin hüquqi, sosial və iqtisadi maraqlarının təmin edilməsi ilə bağlı tədbirlərin təşkili;

21.1.6. folklor nümunələrinin yaradılması, qorunması, təbliği və təşviqi ilə bağlı tədbirlərin təşkili;

21.1.7. xalq yaradıcılığının inkişafı və təbliği, mədəniyyətin inkişafında xalq ənənələrindən yaradıcı şəkildə istifadə edilməsi, tarixi abidələrin qorunub saxlanılması və zənginləşdirilməsi ilə bağlı tədbirlərin təşkili;

21.1.8. bəşəri dəyərlərin təbliği ilə bağlı tədbirlərin təşkili;

21.1.9. pedaqoji kollektivlərlə birgə uşaq və gənclərin vətənpərvər, mədəni və intellektual inkişafı, mənəvi-etik və estetik tərbiyəsi ilə bağlı tədbirlərin təşkili;

21.1.10. Azərbaycan Respublikasında yaşayan xalqların adət-ənənələrinin tanınması, təbliği və qorunması tədbirlərinin təşkili.

21.2. Mədəniyyət sahəsində həyata keçirilən təşkilati fəaliyyət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən koordinasiya edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver