Qanunvericilik › Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 41

Maddə 41. Mühafizə olunan mədəni sərvətlərin siyahısı

Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

41.1. Mühafizə olunan mədəni sərvətlərin siyahısının aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

41.2. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 30-cu maddəsində göstərilən mədəni sərvətləri mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edir və onlara mühafizə şəhadətnaməsi verir.

41.3. Müvafiq icra hakimiyyəti orqanı mühafizə olunan mədəni sərvətlərin siyahısını öz rəsmi internet saytında yerləşdirilməklə onun mütəmadi yenilənməsini və rəsmi nəşrlərdə dərc edilməsini təmin etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver