10.1. Media savadlılığının artırılması məqsədilə dövlət tədbirləri Şura tərəfindən həyata keçirilir.
10.2. Şura media savadlılığının artırılması sahəsində beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır.
10.3. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan tədbirlər dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.