Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Xarici mənbələrdən alınan informasiyanın yayılması

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasının hüquqi şəxslərinin xarici mənbələrdən, o cümlədən xarici media subyektlərindən birbaşa məlumat əldə etmək hüququ vardır.

16.2. Azərbaycan Respublikasında yerüstü yayım üçün nəzərdə tutulmuş radiotezliklərdən istifadə olunmaqla xarici televiziya və radio proqramlarının yayımlanmasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir.

16.3. Redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici çap mediası məhsulunun Azərbaycan Respublikasının ərazisində yayılmasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir. Bu müqavilələrdə xarici çap mediası məhsulunun yayılması qaydası nəzərdə tutulmadıqda, bu məsələlər Şura tərəfindən müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver