Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Yerüstü yayımçı

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. İctimai yayımçı istisna olmaqla, yerüstü yayımçıya lisenziya müsabiqə əsasında verilir.

29.2. Yerüstü ümumölkə yayımçısının proqramları ölkə üzrə, yerüstü regional yayımçının proqramları isə həmin region üzrə infrastruktur və platforma operatorları tərəfindən retranslyasiya olunur.

29.3. Yerüstü yayımçı öz proqramlarını infrastruktur və platforma operatorlarına retranslyasiya üçün təqdim etməlidir. Yerüstü yayımçı bunun müqabilində platforma operatorlarından ödəniş tələb edə bilməz.

29.4. Yerüstü ümumölkə yayımçısı ölkə üzrə, yerüstü regional yayımçı isə müvafiq region üzrə yerüstü yayımın təmin olunması üçün infrastruktur operatoru ilə müqavilə bağlayır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə infrastruktur operatoruna xidmət haqqı ödəyir.

29.5. Yerüstü ümumölkə yayımçısının peyk yayımı həyata keçirməsi üçün lisenziya tələb olunmur. Yerüstü ümumölkə yayımçısı peyk operatorları ilə müqavilə bağlayaraq peyk yayımı da həyata keçirə bilər.

29.6. Yerüstü yayımçı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz internet informasiya ehtiyatında (veb-saytında) və digər video paylaşım platformalarında yayımlaya bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver